Braziliyanın "Flamenqo" klubunun 38 üzvü koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytında yerləşdiriləm məlumatda texniki heyət, futbolçular və komanda işçiləri ilə birlikdə 293 nəfərin testdən keçdiyi və onların 38-nin nəticəsinin müsbət olduğu bildirilib. Virusa yoluxanlardan 3-ü futbolçudur.

Qeyd edək ki, testləri müsbət nəticələnənlər karantinə alınıblar.