"Boka Xuniors"un qapıçısı Markos Dias "Qarabağ"dan təklif alıb.

Offsideplus.az xəbər verir ki, argentinalı qolkiper yerli mətbuata açıqlamasında Azərbaycan klubuna keçə biləcəyini bildirib.

"Boka Xuniors"dan ayrılmaq üzrə idim. Çünki Azərbaycandan təklif almışdım. Hətta klublar arasında danışıq da olmuşdu. Mən özüm də orada müntəzəm oynamaq istəyirdim. Bu, yaxşı fürsət idi. Amma son anda transfer baş tutmadı".