Koronavirus səbəbindən dünyanın bir çox ölkələrində futbol çempionatları dayandırılıb.
Offsideplus.az xəbər verir ki, Türkmənistan qeyri-adi qərar qəbul edib. Ölkənin futbol federasiyası çempionatı bərpa etmək qərarı verib.
Qurum aprelin 19-dan qarşılaşmaların keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, rəsmi məlumatlara görə, Türkmənistanda koronavirus yoluxması qeydə alınmayıb.