“Boka Xuniors”un təcrübəli hücumçusu Karlos Tevez futbolçuların çətin zamanlarda kasıb insanlara dəstək olmasının lazım olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən futbolun dayandırıldığı ölkələrdən olan Argentinada çıxış edən Tevez “America tv”yə açıqlamasında futbolçuların üzərinə məsuliyyət düşdüyünü deyib: “İndi etməyimiz lazım olan şey, yardıma möhtac olan insanlara dəstək olmaqdır. Futbolçu maaş almadan altı ay, hətta bir il yaşaya bilər. Ancaq bu digər insanlar üçün keçərli deyil. Bizim üçün evdən danışmaq asandır. Uşaqlarımın qarınlarının tox olduğunu bilirəm. Bəs yoxsul insanlar? Evdən çıxsalar, həbs oluna bilərlər. Uşaqlarını yedirdə bilmirlər. Bu çox pis durumdur. Dövlət yardım edir, ancaq bu yetərli deyil. Bizim də kömək etməyimiz lazımdır. Bəlkə indi durumum fərqlidir, ancaq mənim də masaya yemək qoyacaq qədər pulumun olmadığı vaxtlarım olub”.
Qeyd edək ki, bir çox ölkələrdə koronavirusun qarşısını almaq üçün karantin rejimi tətbiq edilir.