Koronavirusa görə təxirə salınmış Yay Olimpiya Oyunlarının keçiriləcəyi yeni vaxt bəlli olub.

Offsideplus.az xəbər verir ki, açılış mərasimi 23 iyul 2021-ci ildə baş tutacaq. Rəsmi qərar isə bu gün - Beynəlxalq Olimpiya Komitəsinin keçirəcəyi təcili görüşdə bilinəcək.

Xatırladaq ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi.