21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin və "Sumqayıt" klubunun sabiq futbolçusu Dmitri Nağıyev Moldovanın "Dinamo-Avto" klubuna keçib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dmitri Nağıyev 2018-ci ildə "Sumqayıt"da çıxış edib. Ukrayna vətəndaşlığı da olan futbolçunun son ünvanı Litvanın "Stumbras" klubu olub.