Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ-ın USL müntəzəm çempionatında I turun ən yaxşı oyunçusu seçilib.

Offsideplus.az xəbər verir ki, "Finiks Rayzinq"də debüt matçında het-trik edən hücumçu 52 faiz səslə rəqiblərini qabaqlayıb. 29 yaşlı forvard həftənin rəmzi komandasında da yer alıb.