Qvineyada 2-ci divizion təmsilçisi "Etual de Qvineya" klubunun futbolçularını səfər matçına aparan avtobus qəzaya düşüb.

Offsideplus.az xəbər verir ki, bədbəxt hadisə mart ayının 5-də Mamu şəhəri yaxınlığında baş verib.

Qvineya Futbol Liqası məlumatı təsdiqləyib. Hadisə nəticəsində 9 futbolçu dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alanlar arasında xəstəxanaya yerləşdirilənlər də var.

Qeyd edək ki, qəzada həyatını itirən oyunçulardan biri İngiltərə "Liverpul"unun futbolçusu Nabi Keytanın əmisi oğlu Almi Keytadır.