“Benfika”nın futbolçusu Qabriel karyerasına fasilə vermək məcburiyyətində qalıb.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Portuqaliya kubokunun “Famalikao” ilə matçından (3:2) sonra gözündən şikayətlənib. Həkimlər tərəfindən müayinə olunan Qabrielin beyin sinirlərində problem olduğu aşkarlanıb. Futbolçu həkim nəzarətində olacaq. Problemlərin həllindən sonra yenidən futbola başlayacaq.

Qeyd edək ki, “Yuventus”, “Livorno”, “Leqanes” kimi klublarda çıxış edən Qabriel, 2018-ci ildən “Benfika”nın formasını geyinir.