"Başakşehir"lə müqaviləsini pozan Arda Turan karyerasını Braziliyada davam etdirə bilər.
Offsideplus.az "O Globo"ya istinadla xəbər verir ki, "You First Sports" adlı şirkətlə menecerlik müqaviləsi imzalayan türk futbolçu "Flamenqo" və "Palmeiras"a təklif olunub.
Arda Turanın illik ödənişini qarşılaya biləcək klublar arasında Braziliyanın bu 2 klubu yer alır. Futbolçu üçün transfer məbləğinin ödənməməsi isə bu təklifi daha da cəlbedici edir.
Şirkətin sahiblərindən olan Gilyerme Siquera verdiyi açıqlamada, "Ardanın transferi məsələsində hüququmuz var. Zamanı gəldikdə klublarla danışıqlar aparacağıq" deyib.
Arda Turanın Braziliya futboluna istiqamətlənməsində "Atletiko Madrid"də komanda yoldaşı olan Filipe Luisin rolu olduğu bildirilir. Ardanın Braziliyada alacağı məbləğ ən yüksək qiymət olmasa da, hər klubun ala biləcəyi səviyyədə futbolçu da deyil.