Şotlandiya Premyer Liqasında ötən ilin dekabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Offsideplus.az Qlazqo təmsilçisi rəsmi saytına istinadla xəbər verir ki, bu ada “Reyncers"in çalışdırıcısı Stiven Cerrard layiq görülüb.

 “Reyncers” Cerrardın rəhbərliyi ilə dekabrda meydana çıxdığı 8 oyundan 5-ində qalib gəlib, 1-ində məlub olub. 2 oyun isə heç-heçə yekunlaşıb.

Qlazqo təmsilçisi Premyer Liqada 19 oyunda 50 xal toplayaraq 2-ci sırada qərarlaşır. Bir oyun az keçirən “Reyncers” lider “Seltik”dən 2 xal geridədir.