Azərbaycan nümayəndə heyətinin İsveçrənin Lozanna şəhərində keçiriləcək yeniyetmələrin qış olimpiya oyunlarına hazırlıqları başa çatır.
Offsideplus.az xəbər verir ki, yanvar 8-i nümayəndə heyəti İsveçrəyə yollanacaq. Olimpiadada ilk dəfə iştirak edəcək Azərbaycanı fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edəcəkdir.
Yanvarın 9-u keçiriləcək açılış mərasimində Azərbaycanın bayraqdarı Yekaterina Ryabova olacaqdır. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov da səfərdə olacaq.
Olimpiadada 79 ölkədən 1872 idmançının iştirak edəcəyi gözlənilir.