Braziliya yığmasının sabiq futbolçusu Robinyo karyerasını İranda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, hazırda Türkiyənin “Başakşəhər” klubunda çıxış edən təcrübəli forvard “İstiqlal”a keçməyə yaxındır.

İki klub arasında hazırda davam edən danışıqlar müsbət nəticələnsə, 35 yaşlı cənubi amerikalının keçidi gerçəkləşəcək. Ötən ilin dekabrında “Sivasspor”dan transfer olunan Robinyo vaxtilə “Real”, “Mançester Siti” və “Milan” kimi klublarda forma geyinib.