"Liverpul"un canlı əfsanəsi Stiven Cerrard baş məşqçisi olduğu "Reyncers"lə yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, bu məlumatı 39 yaşlı mütəxəssisin özü təsdiqləyib. Bildirilir ki, onunla müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılacaq. Şotlandiya təmsilçinin bu haqda yaxın vaxtlarda elan edəcəyi bildirilib.

Qeyd edək ki, "Reyncers" hazırda Şotlandiya çempionatında 38 xalla 2-ci pillədə qərarlaşıb.