Cənubi Azərbaycanın "Traktor" klubunun prezidenti Qulam Rıza Sadiqian istefa verib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, bəzi futboldankənar insanların "Traktor"un uğurlarını istəmədiklərini bildirib. Klub rəsmisinin fikrincə, həmin şəxslər Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər.
3 gün əvvəl isə baş məşqçi Mustafa Denizli istefa vermişdi.
Xatırladaq ki, "Traktor" klubu 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb.