Ukrayna Premyer Liqasında 7-ci turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Dnepr”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:0.
Paşayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Aleksandriya” 7 turdan sonra 12 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.