Cənubi Azərbaycan təmsilçisi “Traktor" klubu İran çempionatında növbəti oyuna çıxıb. Offsideplus.az xəbər verir ki, Təbriz klubu 2-ci turda doğma meydanda "Persepolis"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, "Traktor" hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb.