Məşhur mütəxəssis Andre Villaş-Boaşın "Marsel"ə baş məşqçi təyinatı gerçəkləşib. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin müqavilə müddəti və şərtləri haqda xəbər verilməyib. İtaliya mətbuatı Villaş-Boaşın Fransa təmsilçisində illik 7.2 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, Boaşın son klubu "Şanxay Telleys" olub. O, 2017-ci ilin noyabrından işsiz idi.