“Qalatasaray”ın əfsanələrindən hesab olunan George Haci futbolçu oğlu Yanisə göstərilən münasibətdən narazılıq edib.

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, ruımniyalı mütəxəsis oğlunun bir müddət öncə forma geyindiyi “Fiorentina” klubu haqqında bunları deyib:

“Yanis dünyanın ən yaxşı 100 gənc futbolçusu arasında yer alır. “Fiorentina”da 1,5 il keçirdi. Baş məşqçi Stefano Piolinin dediyi kimi səbirsiz deyildi. Klubda ona şans verilməməsi məni məyus edib”.

Qeyd edək ki, Haci oyun praktikasının azlığından əziyyət çəkən oğlunu sahibi olduğu “Vitorul”a gətirmişdi.