İran çempionatında 24-cü turun görüşləri davam edir. 

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” doğma meydanda "Sanat Naft Abadan"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib

"Traktor Sazi" - "Sanat Naft Abadan" - 1:0
Qol: Ansari, 42

Bu qələbə ilə xalını 49-a yüksəldən Təbriz klubu 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 51 xalla "Persepolis" başçılıq edir. "Sepahan" 47 xalla 3-cüdür.