"Səbail" klubunun ulduz transferi Maykl Esyen "Real"ın hər il ənənəvi olaraq, karyerasını başa vurmuş əfsanəvi futbolçular arasında təşkil etdiyi oyuna dəvət alıb. 

Offsideplus.az xəbər verir ki, qanalı yarımmüdafiəçi xeyriyyə məqsədilə keçiriləcək matçda sabiq komandası "Çelsi"nin formasını geyinəcək. İspan və ingilis klublarının veteran futbolçularının mübarizə aparacağı qarşılaşma iyun ayının 23-də "Santyaqo Bernabeu" stadionunda olacaq.

Qeyd edək ki, vaxtı ilə "Çelsi", "Real" və "Milan" kimi klubların formasını geyinmiş Esyen bir müddət öncə "Səbail"lə 1.5 illik müqavilə bağlayıb.