"Qarabağ"ın və "Astana" klublarının sabiq futbolçusu Pedro Enrike hər iki komandada çıxışı dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə PAOK-un futbolçusu xarici mətbuata açıqlamasında danışıb:
"Hər ikisi fərqli təcrübə idi. "Qarabağ"da olanlar fantastik və heyrətamiz idi. Bunu deyirəm, çünki Çempionlar Liqasında çıxış etdim. "Astana"da isə fərqli oldu. Orda hər şey xaotik oldu. Avropa Liqasında oynadım. "Astana"nın məqsədi ölkə çempionatında yerli, avrokuboklarda əcnəbiləri oynatmaq idi. Bəli, AL-də "play-off"a çıxmaq bizdə alınmadı. Ancaq yaxşı oyunlar keçirdik. "Qarabağ"da təcrübə mənim üçün daha əsas yer tutdu".
Qeyd edək ki, 28 yaşlı braziliyalı futbolçu 2017-2018-ci il mövsümündə Ağdam klubunun şərəfini qoruyub.