“Beşiktaş”ın futbolçusu Vaqner Lav karyerasını Braziliyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, “Korintians” klubu 34 yaşlı hücumçunu heyətinə qatıb. Lavla 2020-ci ilə qədər müqavilə imzalanıb.
Lav 2018-ci ilin yanvarından “Beşiktaş”da forma geyinirdi. Braziliyalı forvard cari mövsümdə 16 qarşılaşmada iştirak edərək, 7 qol vurub.