Məşhur polyak futbolçu Yakub Blaşikovski karyerasını vətənində davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, 33 yaşlı Blaşikovski "Visla”da oynayacaq. O, bu komandada havayı çıxış edəcək. Üstəlik, Blaşikovski kluba 300 min avro da ödəyəcək.  
Vaxtilə Dortmind "Borissiya”sında çıxış edən Blaşikovski yanvarın 3-nə qədər "VolfsburqA məxsus idi. Ancaq yanvarın 3-də tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.
Blaşikovski Polşa yığmasında 103 oyun keçirib, 19 qol vurub.