"Qarabağ" klubunun sabiq futbolçusu Pedro Enrike gələcək karyerası ilə bağlı yekun qərarını verib.
Offsideplus.az xəbər verir ki, bu mövsümün birinci yarısını icarə əsasında "Astana"da keçirən braziliyalı futbolçu müqavilə ilə məxsus olduğu PAOK-da qalacaq. Bir müddət öncə ölkəsinə qayıtmağı planlaşdıran 28 yaşlı oyunçu fikrini dəyişib. O, müqaviləsinin sonuna - 2020-ci ilin yayına kimi Saloniki təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Pedro 2017-208 mövsümündə icarə əsasında "Qarabağ"da oynayıb.