Klublararası dünya çempionatının finalında keçiriləcək "Al Ayn" - "Real" oyunu üçün hakim təyinatları bəlli olub. 

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmanı Jair Marrufo (ABŞ) idarə edəcək. Ona həmyerliləri Frank Anderson və Korey Rokvell köməklik edəcək. Dördüncü hakim funksiyasını Vilton Sampayo (Braziliya) yerinə yetirəcək.

Qeyd edək ki, "Al Ayn" - "Real" görüşü sabah Bkı vaxtı ilə 20:30-da başlayacaq.