"Qəbələ” klubunun sabiq baş məşqçisi Toni Adams gələn ildən İngiltərə reqbi liqasının prezidenti olacaq.
Offsideplus.az xəbər verir ki, o, yayda bu vəzifədə Endi Bernemi əvəz edəcək.
T.Adams təyinatı ilə bağlı deyib:"Bu təyinat mənim üçün böyük şərəfdir. Mən oyunçuların və liqanın bütün əməkdaşlarının daha da inkişafı üçün işimə ehtirasla yanaşacam. Məmnuniyyətlə İngiltərədə reqbini liderlik edən idman növlərindən biri etməyə çalışacağam".
Qeyd edək ki, 2010-2011-ci illərdə “Qəbələ”ni çalışdıran Adams futbolçu karyerası ərzində 19 il "Arsenal"ın əsas komandasında çıxış edib.