"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasimi start götürüb.

Offsideplus.az xəbər verir ki, dünyanın 180 ölkəsindən olan jurnalistlərin seçdiyi "Qızıl top"un sahibinin adı açıqlanıb. Bu, Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriçdir. Modriç 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. O, daha əvvəl FIFA tərəfindən "The Best" və UEFA tərəfindən mövsümün futbolçusu mükafatlarına layiq görülüb.