Brazilyanın "Palmeyras" klubu rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, "Palmeyras" A Seriyasının 37-ci turunda səfərdə "Vasku da Qama"ya 1:0 hesabı ilə qalib gələrək sona 1 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, San-Paulu təmsilçisinin 10-cu çempionluğu olub. Beləliklə, komanda rekorda imza atıb. "Palmeyras"ın ən yaxın rəqibi 8 dəfə ölkə çempionluğu olan "Santos" klubudur.
Bu çempionluq komandanın baş məşqçisi Luis Felipe Skolarinin 2-ci belə uğurudur. O, ilk Brazilya çempionluğunu 1996-cı ildə "Qremio" klubu ilə qazanıb. 70 yaşlı mütəxəsis "Palmeyras"a bu ilin iyul ayından rəhbərlik edir.