2020-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin bütün səbətlərinin tərkibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, qitənin 55 komandası 7 hissəyə bölünüb. Azərbaycan millisi əvvəlcədən bəlli olduğu kimi 5-ci səbətdə yer alıb.
Millətlər Liqası səbəti: Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya
1-ci səbət: Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa
2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail
4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan
5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldaviya, Cəbəli-Tariq, Farer adaları
6-cı səbət: Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino
AVRO-2020-in seçmə mərhələsinin püşkatması dekabrın 2-i İrlandiyanın paytaxtı Dublində keçiriləcək. Komandalar 5-i 6, 5-i 5 iştirakçıdan ibarət 10 qrupa bölünəcək.