Fransanın məşhur futbol dərgisi "France Football" tərəfindən verilən "Ballon d'Or" mükafatının bu ilki sahibinin açıqlanması maraqla gözlənilir.
Offsideplus.az xəbər verir ki, son 10 ildə mükafatın embarqo qoyan Kriştiano Ronaldo (5 dəfə) və Lionel Messi (5 dəfə) yenə əsas favoritlər hesab olunur. Amma bu dəfə ortaya fərqli iddia atılıb.
Fanat.Az xəbər verir ki, RFİ-dən Erik Mamrut səslərin yarısının sayılmasından sonra "Real"ın ulduzu, Xorvatiya millisi ilə "DÇ-2018"də final oynayan Luka Modriçin birinci olduğunu iddia edib. Onun sözlərinə görə, "Real"ın başqa bir üzvü Rafael Varane ikinci, PSJ-dən Kilian Mbappe üçüncüdür.(fanat.az)