Antalyada çempion olan "Sabah"ın U-12 komandası “Sabah” Futbol Mərkəzini ziyarət ediblər.
Offsideplus.az xəbər verir ki, ötən ay Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Friendship Cup”da çempion olan komandanın üzvləri klubun bazasında əsas komandanın futbolçuları və məşqçi heyəti ilə görüşüb.
Azyaşlı futbolçular əsas komandanın üzvlərinə və məşqçilərə özləri üçün maraqlı olan sualları ünvanlayıblar.










