Leo Messi karyerası ərzində vurduğu qollardan ən sevdiyi qolun hansı olduğunu açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz 2009-cu ildə Çempionlar Liqası finalında "Barselona"nın heyətində "Mançester Yunayted"ə qarşı oyunda başla vurduğu qolu seçib. 

"Karyeramda daha gözəl və böyük dəyəri olan qollarım olub, lakin ÇL finalında "Mançester Yunayted"ə vurduğum qol həmişə ən sevdiyim olacaq". 

Qeyd edək ki, Leo Messi karyerası ərzində 860 qola imza atıb.