Hindistan və Azərbaycan Gimnastika Federasiyaları arasında anlaşma Memorandumu imzalanıb.
Offsideplus.az xəbər verir ki, Memorandum gimnastikanın inkişafı və təbliği məqsədilə nəzərdə tutulub.
Anlaşma AGF-nin baş katibi Nurlana Məmmədzadə və Hindistan Gimnastika Federasiyasının prezidenti cənab Mital Sudhir tərəfindən imzalanıb. Əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu bildirilib.