Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku davam edir.

Offsideplus.az xəbər verir ki, kişilərin pnevmatik tapança ilə 10 m məsafədən atəş açmada təsnifat mərhələsi başa çatıb.

78 atıcı finala 8 vəsiqənin sahibini müəyyənləşdirib. Azərbaycanın 5 təmsilçisi də hədəf önünə keçib.

Onlardan heç biri həlledici raunda vəsiqə qazanmayıb. Ruslan Lunyov 578 xalla 21-ci, Vladislav Kalmıkov 576 xalla 32-ci, Rəsul Məmmədov 574 xalla 41-ci yeri tutub. Yalnız reytinq xalları üçün mübarizə aparan atıcılarımızdan Hacı Musayev 46-cı (572 xal), Elvin Astanov 56-cı (570 xal) olub.

Qeyd edək ki, bu növdə mükafatçılar sabah bəlli olacaq.