Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində son oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda meydan sahibi "Riqa" ilə qarşılaşıb və 3:8 hesabı ilə uduzub. Bununla da, komanda qrupu 2-ci pillədə başa vurub. "Riqa" isə 1-ci olub.

Səkkiz qrupun qalibləri və ikincilər arasında ən yaxşı komanda növbəti mərhələyə yüksəlir. 2-ci pillədə yer alanlar sırasında Bolqarıstanın “Amiqo Severozapad” klubu 7 xalla Azərbaycan təmsilçisindən irəlidə olduğu üçün "Araz-Naxçıvan" qrupda qalıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk oyununda “İstanbul Şişli”yə 9:1 hesabı ilə qalib gəlib, 2-ci matçda isə Almaniya çempionu "Yahn Regensburq"u üstələyib - 5:0.

18:00. “Riqa” (Latviya) – “Araz-Naxçıvan” - 8:3

Qollar: Dmitri Kuzmin, 2:30. Talles, 10:24. Serjinyo, 18:26, 27:12. Artur Strajdin, 24:38. Rikardinyo, 30:05, 39:57, İqor Labuts, 32:54 – Amadeu, 14:17, 15:05, Lukas, 33:51
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Martina Piccolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils İdman Arenası.