Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Offsideplus.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Türkiyənin İstanbul şəhərində keçiriləcək “Vakıfbank”(TUR) - "LKS Lodz" (POL) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.