Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşü baş tutub. 

Offsideplus.az xəbər verir ki, təcrübəli idmançımız ABŞ təmsilçisi Reymond Denielslə qarşılaşıb və qalib gələrək çempionluq kəmərinə sahib çıxıb.

Qeyd edək ki, 2018-ci ildən "Karate Combat"da mübarizə aparan Rafael Ağayev daha əvvəl keçirdiyi üç döyüşün hamısında qalib gəlmişdi.
 
FkPArovXoAAhf4K copy
 
FkPArniXgAA06PN copy copy copy
 
FkPArn3XoAEJ8oC