Münhen "Bavariya"sının futbolçusu Lukas Ernandes zədələnib.

Offsideplus.az xəbər verir ki, fransalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin "Barselona" ilə oyununda (2:0) sıradan çıxıb.

Komandasının ilk qolunu vuran futbolçu bu gün tibbi müayindədən keçib. Onun əzələsində problem aşkarlanıb və azı bir ay meydana çıxa bilməyəcəyi bəlli olub.