Türkiyənin Konya şəhərində təşkil edələn V İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün aerobika gimnastikası üzrə keçirilən final yarışlarda idmançılarımız daha bir qızıl medal qazanıblar.

Offsideplus.az xəbər verir ki, qarışıq cütlük proqramında çıxış edən Azərbaycan millisinin üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva bütün rəqiblərini qabaqlayaraq çempion olublar.

Qeyd edək ki, daha əvvəl V.Dolmatov fərdi proqramda qızıl, Mədinə Mustafayeva isə gümüş medal qazanmışdı.