İngiltərənin "Tottenhem" klubunun hücumçusu Harri Keyn Premyer Liqa tarixində ən yaxşı bombardirlərin siyahısında mövqeyini yaxşılaşdırıb.
Offsideplus.az xəbər verir ki, evdə "Everton"a 5:0 hesabı ilə qalib gəldikləri 28-ci tur matçında dubl edən 29 yaşlı hücumçu qollarının sayını 176-ya çatdırıb.
Sıralamada 6-cı pilləyə yüksələn ingiltərəli forvard Fransa millisinin və "Arsenal"ın əfsanəvi futbolçusu Tyerri Anrini (175 qol) geridə qoyub.