Koronavirusa yoluxan əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Həmid Həmidov öz “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, yaxınlarının dediyinə görə, cümə günü axşam vəziyyəti pisləşən və temperaturu yüksələn aktyoru təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər.

H.Həmidov həmçinin qeyd edib ki, aktyorun müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb və onlar hazırkı vəziyyətdən xəbərdardırlar.