İdman jurnalistləri üçün “Dopinqlə mübarizə” mövzusunda təlimlər keçiriləcək.
Azərbaycan İdman Jurnalistləri Federasiyasından (AİJF) Offsideplus.az-a verilən məlumata görə, AİJF dopinqlə mübarizə sahəsinin ən aktual mövzularına dair Azərbaycan Milli Antidopinq Agentliyi ilə birlikdə təlimlər keçirəcək. İdman jurnalistləri üçün təlimlər iki mərhələdən ibarət olacaq.
Əvvəlcə mayın 11-də açıq vebinar keçiriləcək. Vebinara qoşulmaqla jurnalistlər antidopinq mövzusunda biliklərini artıra və onları maraqlandıran suallarla bağlı müzakirələr apara bilərlər.
Qeydiyyatdan keçmiş jurnalistlər üçün təlimlər karantin rejimi bitdikdən sonra seminar formatında davam etdiriləcək. Seminarın yekununda jurnalistlərə sertifikatlar təqdim olunacaq.