"Fənərbağça" klubuTürkiyə kuboku uğrunda yarışın 1/4 final mərhələsinə yüksəlib.
Offsideplus.az xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv əsas mərhələnin B qrupu çərçivəsində bu gün səfərdə "Qaziantep"i üstələyib - 4:1.
"Sarı-lacivərdlilər" oyunun taleyini elə birinci hissədə həll ediblər. Qonaq komandanın heyətində Talliska (17 və 27-ci dəq.) və Yusef Ən-Nəsri (23-cü dəq.) fərqlənib. Fasilədən sonra "Qaziantep" buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin təşəbbüsü əldən verməyən İstnbul təmsilçisində Filip Kostiç 83-cü dəqiqədə oyunda son nöqtəni qoyub.
Qrup mərhələsində maksimum nəticə göstərən "Fənərbağça" 9 xalla növbəti mərhələyə adlayıb.