"Oyunun gedişində anladım ki, bizə meydançanın mərkəzində yeni güc lazımdır. Hücumlarda dərinliyi və cəsarəti əldə etmək üçün Korreanı meydana buraxdıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinal mərhələsində "Barselona"ya qarşı keçirilən matçdan sonra deyib.
2:4 hesabından geridönüş edən madridlilər səfərdən heç-heçə ilə qayıdıblar (4:4). Argentinalı mütəxəssis hətta qələbə qazanmaq şanslarının olduğunu bildirib: "Biz Syorlatla komandanı gücləndirdik. Lino sol cinahda oyuna çox yaxşı qoşuldu. Xulian Alvares isə inanılmaz işin öhdəsindən gəldi. Komandamız daha inamlı təsir bağışlamağa başladı. Düşünürdüm ki, qələbə qazana bilərik".
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması aprelin 2-də keçiriləcək.