Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kubokunda ardıcıl ikinci qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, İlham Yədullayevin yetirmələri B qrupundakı son matçda qazaxıstanlı həmyaşıdlarını məğlub ediblər - 2:1.

Komandamız 37-ci dəqiqədə hesabda geri düşsə də, fasilədən sonra toparlanmağı bacarıb. İkinci hissədə Əhməd Vəliyev (57-ci dəq.) və İmran Süleymanzadənin (66-cı dəq.) qolları yığmamıza əzmkar qələbə gətirib.

Milli komandamız Belarusda daha bir oyuna çıxacaq. Rəqibin kimliyi hələlik məlum deyil.

Xatırladaq ki, qrup mərhələsinin birinci turunda Rusiyaya uduzan (0:3) futbolçularımız növbəti oyunda İran üzərində minimal hesablı qələbə qazanmışdılar.