Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsindən istefası ilə bağlı verilən suallara aydınlıq gətirib. 

Offsideplus.az xəbər verir ki, məlumatı "Il Messaggero" dərgisi yayıb. Mütəxəssis bunları söyləyib:

"Səudiyyə Ərəbistanında çoxlu bacarıqlı insanlar işləyirlər. Amma problem budur ki, millinin yaxşı inkişaf etməsi üçün təcrübə və imkanlar yoxdur".

Qeyd edək ki, Mançini 2023-cü ilin avqustundan sözügedən yığmaya rəhbərlik edirdi.