46 yaşlı danimarkalı futbol mütəxəssisi Brayan Rimer, Danimarka milli komandası üçün yeni baş məşqçi seçilib.

Offsideplus.az xəbər verir ki, bu barədə Danimarka Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, Rimerlə 2 illik müqavilə imzalanıb. Danimarkalı məşqçi 2026-cı il 15 iyula qədər ölkəsinin yığmasına rəhbərlik edəcək.

Brayan Rimer 2022-ci ildən Belçikanın "Anderlext" komandasını çalışdırıb.