Acun İlicalı "Fənərbağça"nın sabiq ulduzunu komandasına cəlb edib.

Offsideplus.az xəbər verir ki, "Hull Siti" son olaraq "sarı-lacivərdlilər"in heyətində çıxış etmiş Joao Pedronu transfer edib.

Futbolçu ilə "1+1" illik müqavilə imzalanıb. 

Qeyd edək ki, braziliyalı son mövsümü icarə əsasında "Qremio"da keçirib. Müddət başa çatdıqdan sonra İstanbul təmsilçisinə geri dönüb. Türkiyə klubu ötən ay oyunçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.