Uruqvaylı əfsanə Edinson Kavani milli komandadakı futbolçu karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, karyerası ərzində PSJ, "Mançester Yunayted", "Napoli", "Boka Xuniors" kimi klublarda çıxış etmiş Kavani ümumi olaraq, 681 oyuna çıxıb, 382 qol vurub, 73 assistə imza atıb.